Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48
İyulun 1-də sübh tezdən Binəqədi rayonunda məcburi köçkünlərin yaşadığı, tikintisi başa çatmamış binada yanğın olub. Yanğın doqquzmərtəbəli binanın 6-cı mərtəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 10 kv.m sahə və ev əşyaları, 7-ci mərtəbədə isə 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 6 kv.m sahə və ev əşyaları yanıb.

Yanğınsöndürənlər yuxarı mərtəbələrdən 23 nəfər sakini çıxardıb. Yanğın saat 05:43-də söndürülüb. Xəsarət alan yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG