Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Misirin yeni birinci xanımı: «Prezident Sarayı sizi xalqın yaşadığı dünyadan uzaqlaşdırır» - VİDEO


Mohamed Morsi Misirin yeni prezidenti seçiləndən sonra onun başıbağlı həyat yoldaşı Naglaa Ali Mahmoud haqqında da çox danışılmağa başlayıb.

New York Times qəzeti yazır ki, 17 yaşında olanda yaxın qohumu Mohamedlə ailə quran, ingilis dili təhsili almış Naglaa Ali Mahmoud ABŞ-da islam dininə keçmək istəyənlərə dini mətnləri tərcümə edirmiş. Yeni first lady prezident sarayına gedib-getməyəcəyi ilə bağlı suala da indilik qəti cavab vermir.

Naglaa Ali Mahmoud 5 uşaq anasıdır. Eyni zamanda ölkəni parçalayan bir qadındır. Bir tərəfdə Suzan Mubarakdən sonra onu həddindən artıq mühafizəkar sayanlar çoxdur, digər tərəfdə isə onu «bizdən biri» deyib alqışlayan təbəqə var.

Eı-Fagr qəzetində çıxan bir məqalədə Naglaa Ali Mahmoudun bu cür dini mühafizəkarlıqla dünya liderlərini necə qarşılayacağı sual olunur. 21 yaşlı misirli Noran Noaman əvvəlik first ladynin müasir görünüşünə işarə edərək deyir ki, «indiki yeni birinci xanımı dünya ələ salacaq». 36 yaşlı mühəndis Dalia Saber isə «birinci xanım lap mənim anama, qayınanama oxşayır. Çox güman ki, çoxlarının anasına oxşayır» deyərək ona etiraz edənlərə qarşı çıxır.

Naglaa Ali Mahmoud indi iki yol arasında qalıb. Əgər üzdə olmasa, «Müsəlman Qardaşları»nın ona fəal olmağa şərait yaratmadığı söz-söhbətlərinə imkan verəcək. Çox üzdə olsa Suzan Mubarakla müqayisə olunacaq.

Yeni first lady prezidentlik sarayına gedib-getməyəcəyi ilə bağlı da hələ qərar verməyib. Naglaa Ali Mahmoud deyir ki, «sadə bir həyat yaşamaq və həyat yoldaşı kimi vəzifələrimi yerinə yetirmək istəyirəm. Prezident Sarayı isə sizi xalqın yaşadığı dünyadan uzaqlaşdırır».

Şərhləri göstər

XS
SM
MD
LG