Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

Avropa Birliyinə sədrlik Kiprə keçir


Avropa Birliyinə sədrlik iyulun 1-dən Kiprə keçir.

Maliyyə böhranı ilə üzləşmiş Kipr bu günlərdə bəyan edib ki, yardım üçün Avropa Birliyi və
Beynəlxalq Valyuta Fonduna müraciət etmək fikrindədir.

Ekspertlərin hesablamasına görə Kiprə 10 milyard avro lazımdır.

Bu ölkədəki iqtisadi problemlər birbaşa Yunanıstandakı bprc böhranı ilə bağlıdır.

Türkiyə Avropa Birliyinə sədrliyin Kiprə keçməsinə qəti etirazını bildirib.

Türkiyənin özünün Avropa Birliyinə qoşulmaq üçün namizəd-ölkə statusu var.

Türkiyə Kiprin türklər yaşayan şimal hissəsini tanıyan yeganə ölkədir.

Şimali Kipr 1974-cü ildə yaradılıb.

Ankara Avropa Birliyinin sədri kimi yarım il ərzində Kiprin təşkil edəcəyi bütün tədbirləri baykot edəcəyini bildirib.
XS
SM
MD
LG