Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:58

ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub


Pakistanın şimal-qərbində hava zərbəsi nəticəsində azı 8 nəfər ölüb.

Məlumatlara görə, əməliyyatı ABŞ-ın pilotsuz təyyarəsi keçirib.

Hədəf Miranşah şəhərinin 50 kilometrliyindəki obyekt olub.

İlkin məlumatlara görə, ölənlərin hamısı yaraqlılardır.

Miranşah yaraqlıların fəal olduğu Şimali Vəziristanın administrativ mərkəzidir.

ABŞ Pakistanın Əfqanıstanla sərhəd olan bölgələrində yaraqlılarla mübarizədə vaxtaşırı pilotsuz təyyarələrdən istifadə edir.

Bu cür əməliyyatlar zamanı dinc sakinlər arasında itki Pakistanın ciddi narazılığna səbəb olur.

Pakistan buna suverenliyinin pozulması kimi baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG