Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

Müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizələrin qəbulu başlanıb


Arxiv foto

Arxiv foto

Bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir.

Təhsil Nazirliyindən verilən məlumata görə, vakant yerlərin 48-i peşə litseylərinin payına düşür. Bakı məktəblərindəki vakant yerlərin 237-si Azərbaycan, 56-sı rus bölməsi üzrədir. Bölgələrdəki vakant yerlərin isə 2886-sı Azərbaycan, 91-i rus bölməsinin payına düşür.

Bakıda daha çox fiziki tərbiyə müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 45-dir. Sonrakı yerlər isə ibtidai sinif müəllimliyi (39), ingilis dili (37), informatika (25), riyaziyyat (23), coğrafiya (21), gənclərin çağırışaqədərki hazırlığı (20) və digər fənlər üzrədir.

Bölgələrdə isə daha çox coğrafiya müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir. Sonrakı yerləri kimya (373), biologiya (341), Azərbaycan dili və ədəbiyyat (326), fizika (281), riyaziyyat (248), tarix (243), ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi (104) və digər fənlər tutur.

Müsabiqədə iştirak etmək üçün elektron ərizələrin doldurulması iyulun 15-dək davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG