Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

Annan: "Suriya böhranı beynəlxalq münaqişəyə dönə bilər"


Əgər Suriyada qan tökülməsinə son qoyulmasa aparıcı dünya ölkələri insan ölümünün artmasına görə qismən cavabdehlik daşıyacaq.

Bunu Suriya üzrə beynəlxalq elçi Kofi Annan Cenevrdə keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, əgər fikir ayrılığı aradan götürülməsə Suriya münaqişəsi beynəlxalq münaqişəyə cevrilə bilər.

Görüş iştirakçıları Suriyada keçid hökuməti yaradılmasını nəzərdə tutan yeni planla bağlı razılığa gəlməyə çalışırlar.

ABŞ və ərəb ölkələri hesab edirlər ki, Bashar Assad istefaya getmədən münaqişəni həll etmək mümkün deyil.

Suriyanın yaxın müttəfiqi olan Rusiya isə istefa tələbinin sülh planına salınmasının qəti əleyhinədir.

Şənbə günü Suriyada azı 16 adamın öldürüldüyü xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG