Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Cenevrədə Suriyadakı vəziyyət müzakirə olunur


Böyük Britaniyanın xarici işlər naziri William Hague Cenevrədə Suriya ilə bağlı keçirilən beynəlxalq görüşün uğurlu olacağına şübhəylə yanaşır.

O Rusiya ilə Çini Suriyada keçid hökuməti yradılması ilə bağlı yeni planı dəstəkləməyə çağırdığını deyir.

Nazir qeyd edib ki, beynəlxalq aləm Suriyada münaqişə tərəflərinə daha çox təsir göstərə bilər.

Rusiya Suriya prezidenti Bashar Assadın təcili istefa verməsi və onun milli birlik hökuməti yaradılmasından tam kənarda qalması tələbilə razılaşmır.

Şənbə günü Cenevrədə keçirilən görüşdə qərb və ərəb ölkələrinin xarici işlər nazirləri,
BMT-nin baş katibi Ban Ki Moon və Suriya üzrə beynəlxalq elçisi Kofi Annan iştirak edirlər.

Suriyanın özündə isə hökumət qoşunları ilə silahlı müxalifət tətərfdarları arasında toqquşmalar davam edir.

Türkiyə bu günlərədə Aralıq dənizində hərbi təyyarəsinin vurulduğuna görə, Suriya sərhəddinə əlavə ordu yeridib.
XS
SM
MD
LG