Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:15

«Biq Ben» yox, Yelizaveta Qülləsi


Neo-qotik üslubunda inşa edilən 96 metr yüksəklikdəki qüllə 1858-ci ildə tikilib

Neo-qotik üslubunda inşa edilən 96 metr yüksəklikdəki qüllə 1858-ci ildə tikilib

Dünyanın əhəmiyyətli abidələrindən sayılan Londondakı «Biq Ben» saat qülləsinin adı dəyişir. Qüllə kraliçanın taxta çıxmasının 60-cı ildönümünü qeyd etmək üçün Yelizaveta Qülləsi adlandırılacaq.

Kraliça Elizabeth'in taxta çıxmasının 60-cı ildönümü ilə bağlı bayram tədbirləri davam edir. Keçən ay 86 yaşındakı kraliça üçün keçirilən dördgünlük Brilyant Yubiley mərasimlərindən sonra indi də İngiltərənin əsas atributlarından olan «Biq Ben»in adı dəyişdiriləcək.

«Biq Ben»in adının dəyişdirilməsini Mühafizəkarlar Partiyasından deputat Tobias Ellwood təklif edib.

«Biq Ben»in rəsmi adı əslində «Clock Tower», yəni «Saat Qülləsi»dir. Ancaq qüllənin başındakı böyük zəngə görə qülləyə «Biq Ben» deyilir.

Böyük Britaniyanın Baş naziri David Cameron ad dəyişikliyini məmnuniyyətlə qarşılayıb. Deyib ki, saat qülləsinin adının dəyişdirilib Yelizaveta Qülləsinə çevrilməsi kraliçanın 60 illik xidmətinə uyğun bir addımdır.

TURİSTLƏR NARAZIDIR

Elizabeth II

Elizabeth II

Ancaq hamı David Cameron kimi düşünmür. İngiltərəyə «Biq Ben»i görmək üçün gəldiyini bildirən rumıniyalı turist Mara Ciortescu deyir ki, «Biq Ben» çox qədim və abidə dəyərində olan bir addır:

«Ad dəyişdirilməsinin məntiqini başa düşmürəm. Dünyanın müxtəlif yerlərində adamlar Yelizaveta Qülləsinin nə olduğunu başa düşməyəcək».

Bankir Richard Labonte isə deyir:

«O qədər də pis fikir deyil. Ancaq qülləyə vermək üçün qəribə addır. Ancaq kraliça buna layiqdir».

Neo-qotik üslubunda inşa edilən 96 metr yüksəklikdəki qüllə 1858-ci ildə tikilib, 1859-cu ildə işə düşüb. Temza çayının sahilindəki qüllənin təpəsinə 393 pilləkənli nərdivanla çıxılır.

«Biq Ben»in üzərində latın dilində «Laus Deo», yəni «Tanrıya şükür» sözləri həkk olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG