Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:25

Metroda qatarların qapılarını tutanlar 50 manat cərimə olunacaq


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti «Hakimiyyətə Seçki Məcəlləsini dəyişmək təklif edildi»yini yazır. İyunun 29-da yay sessiyasının sonuncu günündə AŞPA «Monitorinq proseduralarına dair işlərin vəziyyəti haqqında» qətnamə qəbul edilib:

«AŞPA-nın qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə 2013-cü ilin ortalarına kimi vaxt verilib».

Qəzet sənədin AŞPA-nın Monitorinq Komitəsinin rəhbəri Andres Herkel’in hesabatı əsasında hazırlandığını yazır.

Metroda qatarların qapılarını tutanlar, hərəkətə mane olanlar 50 manat cərimə olunacaq. «Bizim yol» qəzeti iyunun 29-da Milli Məclisin növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə belə bir əlavənin edildiyini yazır.

«Yeni Müsavat» qəzeti müxalifətçilərə yuxarıdan gələn vəzifə təkliflərindən yazır. Qəzetin yazdığına görə, Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini Ədalət Yusifov deyib ki, «hətta ölkənin birinci şəxsi səviyyəsində mənə vəzifə təklifi göndərilib. Qəbul etməmişəm».

Müsavat Partiyası Məclisinin üzvü, başqan müşaviri Səxavət Əlisoy:

«Gəlib təklif etmişdilər ki, nazir deyir naxçıvanlısan, get YAP-a üzv ol, vəzifə pilləsində yüksələcəksən. Mən bunu öz şəxsiyyətimə, ləyaqətimə məqbul saymadım».

AXCP sədrinin müavini Asəf Quliyev:

«Hakimiyyətdən təklif gəldi ki, vəzifə verək, siyasətdən çəkil. Mən qəbul etmədim».

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Müsavat Partiyasında ciddi fikir ayrılığı var və başqan kimi çox adam namizədliyini irəli sürməyə hazırlaşır». YAP icra katibinin müavinin Siyavuş Novruzov hesab edir ki, «Qurultay keçsə, İsa Qəmbəri partiyadan uzaqlaşdıracaqlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG