Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:41

AB prezidenti Van Rompuy Cənubi Qafqaza gəlir


Avropa Birliyinin prezidenti Herman Van Rompuy Cənubi Qafqaza səfərə gəlir.

Van Rompuy səfərinə iyulun 3-də Ermənistandan başlayacaq. İyulun 4-də o Gürcüstanda, 5-də isə Azərbaycanda olacaq.

AB prezidenti hər üç ölkənin dövlət başçıları ilə görüşərək Avropa Birliyinin Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığının perspektivlərini müzakirə edəcək.

Bakıda və Yerevanda Van Rompuy Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparacaq.
XS
SM
MD
LG