Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Pedaqoji Kollecin şöbə müdiri həbs olunub


Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov həbs edilib.

Baş Prokurorluğun iyunun 29-da yaydığı məlumatda deyilir ki, o, diplom vermək üçün həmin kollecin məzunu Vüsalə Aslanlıdan pul tələb etdiyi üçün həbs olunub:

«Yaxınlarının bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin «161 - Qaynar xətt» əlaqə mərkəzinə müraciətindən sonra məsələ araşdırılıb. Nəriman Səmədov iyunun 28-də xidməti otağında vətəndaşdan 400 manat rüşvət alarkən yaxalanıb...
Nəriman Səmədovun xidməti otağına və yaşadığı evə baxış zamanı isə təhsil və doğum haqqında şəhadətnamələr, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat aşkar edilib».

Nəriman Səmədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham təsdiqlənərsə, o, 4 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG