Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Polis baptistləri həbslə hədələyir


«Forum 18» təşkilatı mayın 17-də və iyunun 23-də Xaçmaz rayonunda polisin 6 baptisti həbs etməklə hədələdiyini yazır. Məlumatda qeyd olunur ki, polis onlardan üçünün pasportunu, üçünün isə avtomobilini və dini ədəbiyyatını müsadirə edib.

Təşkilat bildirir ki, 3 nəfərin pasportu hələ də qaytarılmayıb. Onlar polis bölməsində sorğu-sual olunub, icazəsiz dini ədəbiyyat yaymaqda günahlandırılıblar.

Məlumatda həmçinin qeyd edilir ki, həmin şəxsləri 7 000 manata qədər cərimə və 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə hədələyiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, Xaçmazda dini ədəbiyyat paylayanlar yalnız bir dəfə, iyunun 23-də saxlanıb. Saxlananlar da 6 yox, 3 nəfər olub.

Nazirliyin sözçüsü qeyd edir ki, onların pulsuz payladığı dini ədəbiyyatlar müsadirə edilib, özləri isə sərbəst buraxılıb:

«Komitənin araşdırmalarından sonra həmin dini ədəbiyyatların Azərbaycan ərazisində yayılmasının və həmin şəxslərin bu fəaliyyətlə məşğul olmalarının nə dərəcə qanuni olub-olmadığı müəyyənləşəcək».

Nazirlik sözçüsü həmin şəxslərin maşınlarının və sənədlərinin müsadirə edilməsi barədə məlumatları təkzib edir.
XS
SM
MD
LG