Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:32

Kofi Annan nəticə olacağına ümid edir


Bu gün Cenevrədə Suriya ilə bağlı konfrans üçün hazırlıq məsləhətləşmələri keçiriləcək. Cenevrəyə gələn BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan danışıqların nəticəsinin olacağına ümid etdiyini bildirib.

Kofi Annan Suriya hakimiyyətinə ölkədəki zorakılıqlara son qoyulması üçün milli birlik hökuməti yaratmağı təklif edib. Annan bildirib ki, bu hökumətin tərkibində indiki rejimin tərəfdarları ilə müxalifət təmsil oluna bilər.

ABŞ dövlət katibi Hillary Clinton deyib ki, müvəqqəti hökumətdə Bashar Assad olmamalıdır. Rusiyanın xarici işlər naziri SergeyLavrov isə bildirib ki, müvəqqəti hökumətdə kimlərin olmasını, Assadin olub-olmamasını suriyalılar öz aralarındakı dialoqla müəyyənləşdirməlidir.

Kofi Annanın təşəbbüsü ilə Suriyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans iyunun 30-da Cenevrədə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG