Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14
Milli Məclis iyunun 29-da Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib.

Adam döyməklə bağlı maddə (132-ci maddə) Məcəllədən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib.

Yəni, bundan sonra adam döymüş şəxs inzibati həbs alacaq və ya cərimə ödəyəcək.

Bir neçə deputat həmin maddənin Cinayət Məcəlləsindən çıxarılmasına etiraz edib.

Deputat İlyas İsmayılov bunu səhv addım adlandırıb:

«Bu qanunu hazırlayanlar sadəcə kabinetdə oturub işləyənlərdir. Necə ola bilər ki, insan ləyaqətini alçaldan bir hərəkət Cinayət Məcəlləsindən çıxarılır. Təhqir, böhtan cinayət hesab edilir, amma adamın kimsə tərəfindən döyülməsi inzibati xəta sayılır».

Layihəni parlamentdə təqdim edən Əli Hüseynli iradlarla razılaşmayıb. O qeyd edib ki, onsuz da döymə hallarında xəsarətlər olarsa, bu məsələ Cinayət Məcəlləsinə tövsüf edilir.

Qüdrət Həsənquliyev isə deyib ki, elə döymə halları var ki, bu zaman adam heç bir xəsarət almır, amma təhqir olunur:
Siyavuş Novruzov

Siyavuş Novruzov


«Misal üçün adamı arxadan təpiklə vurular və bunun heç izi də qalmır. Amma bu hərəkətlə insanın şəxsiyyəti alçaldılır. Bu baxımdan da, döymə maddəsi Cinayət Məcəlləsində saxlanmalıdır».

YAP-çı deputat Siyavuş Novruzov isə deyir ki, əslində cinayət əməllərinin çoxu məhz döymə halları ilə bağlıdır. Halbuki, onların heç biri məhkəməyə qədər gedib çıxmır. Onun fikrincə, hüquq-mühafizə orqanları rüşvət almaqla tərəfləri barışdırıb işi bağlayırlar. Amma S.Novruzov hesab edir ki, döyən adamın yalnız dövlətə cərimə ödəməsi ilə məsələ bitməməlidir. Döyülənə də bu işdə nəsə çatmalıdır. Hüququnun qorunması baxımından.

Müzakirələrdən sonra Cinayət Məcəlləsinə dəyişiklik qəbul edilib.

PROBLEM YARANMAYACAQ

Fuad Ağayev

Fuad Ağayev

Vəkil Fuad Ağayev bu dəyişikliyi müsbət dəyərləndirir. O, deyir ki, söhbət cəmiyyətə hörmətsizlikdən, ictimai nüfuzun kobud şəkildə pozulmasından gedirsə, bunun üçün Cinayət Məcəlləsində 221-ci maddə var. Söhbət əməllə təhqir etmədən gedirsə, buna qarşı da Cinayət Məcəlləsinin başqa maddəsi var. Onun fikrincə, bu səbəblərdən 132-ci maddənin Cinayət Məcəlləsindən İnzibati Xətalar Məcəlləsinə keçirilməsi problem yaratmayacaq. Amma Fuad Ağayev deyir ki, hər şey hüquq-mühafizə orqanlarının yeni qanuna necə əməl etmələrindən asılı olacaq.

P.S. Renessans dövrünün məşhur fransız filosof və yazarı Michael Monten özünün «Təcrübələr» əsərində yazır ki, Roma İmperiyasında bir varlı qarşısına çıxan kasıbı vurur və sonra da buna görə cərimə ödəyirmiş. Bir gün senatorlardan biri bu hadisənin şahidi olur və deyir ki, bu, Roma İmperiyasının sonudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG