Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Fəzail Ağamalı İsmayıl Ömərovu diktatorluqda ittiham edib


Fəzail Ağamalı
Fəzail Ağamalı
İyunun 29-da Milli Məclisdə «İctimai Televiziya və Radio Yayımı haqqında» qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Qanuna dəyişiklik layihəsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

Dəyişikliyə əsasən bədii, sənədli və cizgi filmləri Azərbaycan dilinə çevriləcək, yaxud subtitrlə tamaşaçılara çatdırılacaq. Azərbaycan dilinə çevrilmədən bu dildə subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmini müvafiq dövlət orqanı müəyyən edəcək.

Millət vəkili Jalə Əliyeva qeyd edib ki, əcnəbi teleserialların Azərbaycan dilinə tərcümə olunması vacibdir:

TÜRK SERİALLARI SUBTİTRSİZ VERİLSƏ YAXŞIDIR

«Lakin Türkiyə teleseriallarının Azərbaycan dilinə çevrilməsi qəribə səslənir. Ona görə də türk teleseriallarının subtitrlə verilməsi yaxşı olardı».

Deputat Fazil Ağamalı isə bildirib ki, həmin dəyişikliklərdə İctimai Televiziya və Yayım Şurasının sədrinin bəzi səlahiyyətlərinin İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərova verilməsi nəzərdə tutulur:

«Bu, düzgün deyil. İsmayıl Ömərov orada diktatura yaradıb. Yayım Şurasının səlahiyyətləri artırılmalı və baş direktorun orada diktatura rejimi quraraq istədiyini etməsinin qarşısı alınmalıdır. Baş direktor öz prinsiplərini həyata keçirməməlidir».

Spiker Oqtay Əsədov isə deyib ki, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərdə kiminsə müdafiə olunmur və Yayım Şurasının üzvlərinin səlahiyyətləri var.

QANUNA DƏYİŞİKLİK QƏBUL OLUNUB

Bundan əvvəl Mədəniyyət Komitəsində baxılan layihədən fərqli olaraq parlamentdə bu gün müzakirəyə çıxarılan dəyişiklərdə İctimai Televiziyada əcnəbi teleserialların tərcümə edilmədən subtitrlə verilməsi nəzərdə tutulmur.

Nizami Cəfərov bildirib ki, seriallar daha çox reklam gətirir və telekanallar üçün buna görə maraqlıdır: «Ancaq İctimai Televiziyanın öhdəlikləri var, fəaliyyəti xüsusi qanunla müəyyənləşdirilir. İctimai Televiziya və Radio ilə əlaqədar nə müzakirə olunacaqsa, onun xüsusi təbiəti nəzərə alınmalıdır. Azərbaycan teleseriallarının çəkilməsinə vəsait ayrılıb. Əcnəbi teleseriallar yüksək sənət nümunəsidirsə, onlar da göstəriləcək».

«İctimai televiziya və radio yayımı haqqında» qanuna dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

İsmayıl Ömərov AzadlıqRadiosuna deyib Fəzail Ağamalının onunla bağlı dediklərinə həmin süjetə baxandan sonra münasibət bildirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG