Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:30

UEFA Rusiya və İspaniyanı cərimələdi


UEFA Rusiya Futbol Federasiyasını 30 min avro, İspaniya Futbol Federasiyasını isə 20 min avro məbləğində cərimə edib. UEFA bu ölkələri azarkeşlərin Avro 2012 çərçivəsində irqçi hərəkətlərinə görə cərimə edib.

İspaniyalı azarkeşlər iyunun 10-da İspaniya ilə İtaliya arasında keçirilən oyun zamanı ucadan irqçi şüarlar səsləndiriblər. Həmin vaxt meydanda İtaliyanın qaradərili futbolçusu Mario Balotelli olub.

İyunun 8-də isə Rusiya ilə Çexiyanın oyununda da rusiyalı azarkeşlər bu hərəkəti təkrar edib. Çexiya yığmasının tərkibində də qaradərili futbolçu Teodor Gebre Selassie çıxış edir.

Hər iki ölkənin futbol qurumu bu qərardan şikayət verə bilər.
XS
SM
MD
LG