Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Tikintiyə razılıq verilməsi üçün müddət qısaldıldı


Milli Məclis
Milli Məclis
İyunun 29-da Milli Məclis 3-cü oxunuşda yeni Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edib. Şəhərsalma və Tikinti Məcəlləsində tikintiyə icazə ilə bağlı müddət qısaldılıb.

Ümumi və baş planlar ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də müvafiq dövlət orqanları və digər aidiyyəti qurumlarla razılaşdırılmaqla hazırlanmalıdır.

Müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsi onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidir.

Bu müddət ərzində onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edə bilər.

Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Yeni məcəllədə hündürlüyü ən çoxu 5, 3 və 2, 5 metr , sahəsi 50 -300 kvadrat metr olan bəzi obyektlərin tikintisi üçün icazə tələb olunmur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG