Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

Misir Mərdanov: «Bu il müəllimlərin işə qəbulunda bal həddi olmayacaq»


Misir Mərdanov

Misir Mərdanov

Bu il Azərbaycanın orta məktəblərindəki vakant müəllim yerlərinə işə qəbulla bağlı bır sıra yeniliklər tətbiq ediləcək. AnsPress-in məlumatına görə bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. O, işə qəbulun regionlar üzrə keçirilməyəcəyini açıqlayıb.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil.

Daha bir yenilik isə minimal bal həddi ilə bağlıdır. Nazir qeyd edib ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirilirdi. «Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddi götürdük. Yəni müəyyən bal toplamış insanları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq».

M.Mərdanov hələlik vakant yerlərin ümumi sayının hələ tam müəyyən olunmadığını da bildirib. Onun sözlərinə görə, hələlik yerlərdən vakant müəllim yerləri ilə bağlı məlumatlar gəlməkdə davam edir. Yekun nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

Nazir bu il vakant yerlərin sayının ötən ildən çox olmasını isə yaş həddi ilə bağlayaıb. «Çünki yaş senzi ilə əlaqədar bir çox müəllimlər pensiyaya gedib. Ancaq hansı ixtisaslarda vakant müəllim yerlərinin sayının çox olması ilə bağlı dəqiq məlumat yoxdur», deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG