Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26
«Suriya hakimiyyəti terrorçularla mübarizə aparır və xalqı qorumaq üçün onları məhv etməlidir». Bunu İran televiziyasına müsahibəsində Suriya prezidenti Bashar al-Assad deyib.

Suriya prezidenti ölkədə islahatların davam etdiyini, «ancaq terrorçular və onları dəstəkləyən dövlətlər üçün bu islahatların mənasız oldunu» bildirib.

Bashar al-Assad Türkiyə ilə gərginləşən münasibətləri haqqında isə deyib ki, Ankaranın siyasəti ilə türk xalqının Suriyaya münasibəti eyni deyil.

Bashar al-Assad onu da deyib ki, «bəzi ölkələr bizi ittiham etmək üçün Annan planının işləməməsini istəyir. Mən suriyalıların daxil olmadığı həll yolunu qəbul edə bilmərəm. Ancaq suriyalılar problemin necə həll olunacağını bilir».

«LİVİYADAKI KİMİ ƏMƏLİYYAT SURİYADA MÜMKÜN DEYİL»

Assad onu da bildirib ki, «minlərlə adamın həyatını xilas etmək üçün terrorçuları məhv etmək hökumətin vəzifəsidir».

Bashar al-Assad Suriyaya qarşı hərbi əməliyyat ehtimalı haqqında «Liviyadakı kimi əməliyyat Suriyada mümkün deyil», deyib.

Suriya prezidenti ölkəsinin Fələstinə göstərdiyi dəstəyə görə də təzyiq altında olduğunu qeyd edib: «Bu təzyiqlər bu günə qədər işə yaramadı, gələcəkdə də işə yaramayacaq».

Assad Suriya İran münasibətləri haqqında da danışıb. Bildirib ki, İran ordusunun Suriyada fəaliyyət göstərməsi ilə bağlı xəbərlər «ordu içində parçalanma salmaq üçün zarafatdan başqa bir şey deyil».

Bashar Assad onu da qeyd edib ki, «İran Suriyanın yanındadır, Dəməşqin də bunun qarşılığında sədaqətli olması lazımdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG