Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:13

Assad “Xalqı qorumaq üçün terrorçuları məhv etməliyik”


“Suriya hakimiyyəti terrorçularla mübarizə aparır və xalqı qorumaq üçün onları məhv etməlidir”. Bunu İran televiziyasına müsahibəsində Suriya prezidenti Bashar Assad deyib.

Suriya prezidenti ölkədə islahatların davam etdiyini, “ancaq terrorçular və onları dəstəkləyən dövlətlər üçün bu islahatların mənası olmadığını” bildirib.

Bashar Assad Türkiyə ilə gərginləşən münasibətləri haqqında isə deyib ki, Ankaranın siyasəti ilə türk xalqının Suriyaya münasibəti eyni deyil.

Bashar Assad onu da deyib ki, “bəzi ölkələr bizi ittiham etmək üçün Annan planının işləməməsini istəyir. Mən suriyalıların daxil olmadığı həll yolunu qəbul edə bilmərəm. Ancaq suriyalılar problemin necə həll olunacağını bilir”.

Assad onu da deyib ki, “minlərlə adamın həyatını xilas etmək üçün terrorçuları məhv etmək hökumətin vəzifəsidir”.

Bashar Assad Suriyaya qarşı hərbi əməliyyat ehtimalı haqqında isə deyib ki, “Liviyadakı kimi əməliyyat Suriyada mümkün deyil”.

Suriya prezidenti ölkəsinin Fələstinə göstərdiyi dəstəyə görə də təzyiq altında olduğunu deyib. “Bu təzyiqlər bu günə qədər işə yaramadı, gələcəkdə də işə yaramayacaq”.

Assas Suriya İran münasibətləri haqqında da danışıb. Bildirib ki, İran ordusunun Suriyada fəaliyyət göstərməsi ilə bağlı xəbərlər “ordu içində parçalanmalar olmasını irəli sürmək üçün zarafatdan başqa bir şey deyil”.

Bashar Assad onu da deyib ki, “İran Suriyanın yanındadır, Dəməşqin də bunun qarşılığında sədaqətli olması lazımdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG