Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollardır


«2011-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub».

AzərTAc yazır ki, bunu Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda çıxış edən Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov deyib.

İki ölkə arasında ikitərəfli münasibətlərin intensiv inkişaf etdiyini deyən idarə rəisi bunun hələ son hədd olmadığını deyib.

O, daha geniş iqtisadi əməkdaşlıq üçün hüquq-müqavilə bazasının mövcud olduğunu bildirib.

İyunun 28-i Bakıda «Rusiya-Azərbaycan dialoqu-2012» 3-cü Rusiya-Azərbaycan regionlararası forumu keçirilib.
XS
SM
MD
LG