Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Sovet əmanətlərinin yaratdığı vəziyyət, yarım milyon sənədsiz ev...


Mətbuat icmalı
Mətbuat icmalı
ƏMANƏTLƏRƏ GÖRƏ YARANAN VƏZİYYƏT

«Bizim yol» yazır ki, «əmanətlər hökuməti çətin vəziyyətə salıb».

Qəzetə görə, Sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması hələki problemlərlə müşayiət olunur.

««Kapital Bank» filialları qarşısında növbələr yaranıb, sənədlərində problem olan minlərlə vətəndaş cavab gözləyir. 100 min rubldan yuxarı əmanəti olan vətəndaşlara ödəmələr isə hələlik verilmir».

Qəzet yazır ki, banklarda 2 milyon 400 min vətəndaşın əmanəti var, amma müraciət müddətinin bitməsinə 7 ay vaxt qaldığını nəzərə alanda bu o deməkdir ki, məntəqələr hətta şənbə-bazar işləsələr də gündə ən azı 11 min 200 əmanətçini qəbul etməlidirlər.

«Bu isə texniki baxımdan mümkün görünmür».

BOYKOT SƏDALARI

«Yeni Müsavat» qəzeti 2013-cü il prezident seçkilərini boykot fikirlərindən yazır. Qəzetə görə, bu fikri vəkil Qurban Məmmədov səsləndirib. O deyib ki, müxalifətin prezident seçkilərinə qatılması xalqa xəyanətə bərabərdir. O, bunu Azərbaycanda seçki mühitinin olmaması ilə əsaslandırıb. Bu məsələyə ilk reaksiya vəkilin qardaşı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlundan gəlib. O deyib: «Saxtakarlığı seçkidə iştirakla da ifşa etmək olar».

YARIM MİLYON SƏNƏDSİZ EV

«Azadlıq» qəzeti Bakıda on millərlə evin söküləcəyini yazır. Qəzet yazır ki, dövlət başçısının bir neçə gün əvvəl imzaladığı sərəncamda sənədsiz evlərlə bağlı açıqlanan siyahı belə deməyə əsas verir.
«Hesablamalara görə, paytaxt Bakı ətrafında 500 minə qədər sənədləşdirilməmiş ev mövcuddur. ki, onların bir çoxu sərəncamda qeyd olunan ərazilərdə tikilib».

İSA QƏMBƏRƏ QARŞI PLAN

«Yeni Azərbaycan» qəzeti Müsavat başqanı İsa Qəmbərə qarşı yeni plan olduğunu yazır.

«Həbsdən azad olunan Arif Hacılı Müsavata sədr, AXCP sədri Əli Kərimli isə radikal düşərgənin «vahid namizədi» olmaq istəyir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG