Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

BP: «Şahdəniz» tərəfdaşları «Nabucco West» kəmərini dəstəkləyir


Arxiv foto: qaz toplama məntəqəsi

Arxiv foto: qaz toplama məntəqəsi

Azərbaycanın «Şahdəniz» II konsorsiumu Xəzər qazının Qərbi Avropaya nəqli üçün iki mümkün marşrutdan biri kimi «Nabucco West» kəmərini seçib. Bu barədə Reuters agentliyi BP şirkətinə istinadla xəbər yayıb. «Şahdəniz» II konsorsiumuna BP və Statoil rəhbərlik edir.

Agentlik yazır ki, bu qərar Rusiyanın Avropa Birliyinin təbii qaz bazarında dominantlığını pozmaq üçün uzun müddətdən bəri gedən prosesin bir hissəsidir.

««Nabucco West» layihəsinin marşrutu Türkiyə-Bolqarıstan sərhədindən Avstriyada Baumgartenə qədər uzanır. Bu kəmər «Şahdəniz»dən Mərhələ-2 qazının Mərkəzi Avropaya potensial ixracı üçün yeganə variant kimi seçilib», BP bu barədə yaydığı bəyanatda belə deyir.

«BP-nin rəhbərlik etdiyi Cənub Şərqi Avropa Kəməri (SEEP) layihəsi üzərində iş dayanacaq. Bu layihə «Şahdəniz» tərəfdaşları ilə Bolqarıstan, Rumıniya və Macarıstan ilə birgə hazırlanırdı», bəyanatda belə deyilir.

Gələn il «Şahdəniz-2» qazının ixracı üçün bütöv marşrut barədə qərar veriləcək. Qazın cənub marşrutu ilə İtaliya ərazisindən, yaxud şimal marşrutu ilə Macarıstan, yaxud Avstriyadan daşınmasına dair qərar olacaq.

«Şahdəniz» qazının Mərhələ-2 layihəsi «Cənub qaz dəhlizi»ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq.

Bu həftə Türkiyə və Azərbaycan Trans-Anadolu təbii qaz kəmərinə dair saziş imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG