Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:30

«Financial Times» Azərbaycandakı dublyajdan yazır


Foto: Arxiv
Foto: Arxiv
Böyük Britaniyanın «Financial Times»in qəzeti «Azərbaycanlılar sözlərə qarşılıq axtarır» adlı məqalə dərc edib. Courtney Weaver'in müəllifi olduğu yazıda Azərbaycanın dublyaj problemlərindən danışılır.

Müəllif yazır ki, dövlət dublyaj və film sənayesinə diqqət ayırmaqla çoxmillətli olan əhali arasında milli kimliyi formalaşdırmağa cəhd göstərir:

«Yeni qanunvericiliyə görə, ölkənin 9 milli televiziya kanalı xarici filmləri yalnız yerli dildə yayımlaya bilərlər. Xarici serialların tamaşaçıları indi sevimli filmlərinin yerli kanallarda yayımının dayandırılması qadağası ilə üzləşiblər».

Məqalədə deyilir ki, azərbaycanlıların əksəriyyəti rus və ya türk dilini yerli dil kimi anlayır və bu illərdə yüksəkkeyfiyyətli dublyajları eşidə-eşidə böyüyüblər:

«Amma post-sovet ölkəsi olan Azərbaycan hökuməti yeni qaydalara baxır».

Müəllif yazır ki, müstəqillik əldə edəndən 20 il sonra ölkə enerji sərvətləri nəticəsində böyüyür, paytaxt Bakı Dubayla rəqabətə girir. Ötən ay «Eurovision» Mahnı Yarışması kimi beynəlxalq tədbirə ev sahibliyi edib:

«Digər keçmiş sovet respublikaları kimi, Azərbaycan da hələ ki, dil kimi aparıcı bir faktorla bağlı öz milli kimliyini formalaşdırmaq üçün mübarizə aparır».

«RUS DİLİNİ BİLİRLƏR, ANA DİLİNİ BİLMİRLƏR»

«Bəzi adamların rus dilini Azərbaycan dilindən yaxşı bilməsi heç də yaxşı deyil», -
Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
Azərbaycan Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli yazı müəllifi ilə söhbətində bildirib:

«Onlar öz doğma dillərini yaxşı bilsəydilər, rus dilini də bilmələri anlaşılan olardı. Amma onlar doğma dillərini çox zəif bilirlər. Onlar yalnız rus dilində düşünürlər, yalnız rus dilində yazırlar, bu isə yaxşı deyil».

Müəllif yazır ki, Azərbaycan dili ölkənin rəsmi dili olsa da, təxminən uşaqların dörddə biri rus, türk, ya ingilis dillərində oxumağa üstünlük verir.

DUBLYAJIN SƏVİYYƏSİNDƏN NARAZILIQ

Yazı müəllifi qeyd edir ki, Bakı şəhərinin mərkəzində öz uşağı ilə gəzən müəllimə Vüsalə İsmayılova ona dublyajın səviyyəsinə görə yerli telekanallara baxa bilmədiyini söyləyib:

«Yerli istehsal olan filmlərin məzmununa gəlincə: «Onlar aktyor deyirlər, ucuz müğənnilərdir», - deyə Vüsalə İsmayılova bildirib».

Nuşirəvan Məhərrəmli
Foto: Arxiv
Foto: Arxiv
britaniyalı jurnalistə deyib ki, o, hər gün evdar qadınların Braziliya seriallarından ötrü darıxdığı barədə eşidir. Qeyd edir ki, onun xanımı da Türkiyə serialları üçün qəribsəyib. Hərçənd bəzilərinə kabel televiziyasında baxa bilir.

«BƏZƏN... SƏRHƏDLƏRİ BAĞLAMAQ LAZIMDIR»

Buna baxmayaraq, Nuşirəvan Məhərrəmli arxayındır ki, tarix onun tərəfində olacaq:

«Hətta iqtisadi sferada da bəzən belə qararlar vermək, qanunlar qəbul etmək lazım gəlir. Dən istehsalına baxın. Bəzən yerli istehsalı stimullaşdırmaq üçün sərhədləri bağlamaq lazımdır».

Müəllif məqaləsində yazır ki, yerli televiziyalar özləri film çəkməyə 3 il əvvəldən başlayıblar. O vaxtdan təxminən 100 film çəkilib.

««İctimai TV» «Oliver Tvist» və «Ceyms Bond» filmlərinin dublyajını uğurlu saysa da, telekanalın dublyaj direktoru Füzuli İsmayılov deyir ki, Azərbaycan tamaşaçıların qane etmək çətindir. Tərcümədə bəzi zarafatlar itir, bəzən yeniyetmələr rusca sözün Azərbaycan qarşılığını anlaya bilmirlər», - məqalədə qeyd olunur.

«20 il ərzində Azərbaycanda dublyaj çox inkişaf edib, amma zənnimcə, filmə orijinalda baxmaq daha yaxşıdır», - Füzuli İsmayılov fikrini tamamlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG