Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Almaniya və Fransa liderlərinin Parisdə görüşü olub


Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Francois Hollande Avropa
Birliyinin sammiti ərəfəsində Parisdə ayrıca görüş keçiriblər.

Merkel avrozonadakı hazırkı böhranın möcüzəli həlli yolu olmadığını bildirib.
Amma eyni zamanda Avropa Birliyi liderlərinin iqtisadi artımın stimullaşdırılmasına yönəlmiş yeni xərclər barədə qərar qəbul edəcəklərinə ümidlə yanaşdığını qeyd edib.

Fransa prezidenti Olland isə deyib ki, onlar valyuta və siyasi ittifaqın möhkəmləndirilməsinin tərəfdarıdır.

Avropa Birliyinin Brüsseldə başlayan sammitində əsasən avrozonanın taleyi müzakirə olunacaq.
XS
SM
MD
LG