Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:08

Serbiyada koalision hökumət yaradılır


Serbiya Sosialist partiyasının sədri İvitsa Dacicə koalision hökumət yaratmaq tapşırılıb.

Hakim koalisiyaya bu yaxınlaradək prezident Tomislav Nikoliçin rəhbərlik etdiyi “Tərəqqipərvər” partiyasının nümayəndələri də daxil olacaq.

Bu ilin mayında Serbiyada keçirilmiş parlament seçkisində “Tərəqqipərvər” partiyası ilə keçmiş prezident Boris Tadiçin rəhbərlik etditi “Demokrat” partiyası təxminən eyni sayda mandat qazanıblar.

3-cü yerdə gələn Daçiçin partiyası ilkin olaraq demokratlarla koalisiyaya girmək istəsə də, sonradan “Tərəqqipərvər” partiyasının tərəfinə keçdi.
XS
SM
MD
LG