Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:06

Şərurda yaz əkinləri mütəşəkkil keçib


Arxiv foto:Naxçıvan
Arxiv foto:Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


28 aprel 2012. Sayı: 78(20.483)

«HEYDƏR ƏLİYEV LEKTORİYASI»NIN NÖVBƏTİ MƏŞĞƏLƏSİ

Naxçıvan Özəl Universitetində «Heydər Əliyev lektoriyası»nın növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açmışdır.

Sonra universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli «Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır» mövzusunda məruzə etmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərindən danışan məruzəçi bildirmişdir ki, məhz ümummilli liderimizin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz xarakter almış, ölkəmiz bugünkü inkişafa, tərəqqiyə qovuşmuşdur.

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilərək müstəqil dövlətimizə böyük uğurlar gətirir. Bu gün böyük nailiyyətləri ilə bütün dünyanı heyran edən Azərbaycanın inkişafı ona regionun lider dövləti statusu qazandırmışdır. Bütün bunlar isə müstəqilliyimizi daha da möhkəmləndirir.

...Muxtar respublikamızda nail olunan yüksək iqtisadi inkişafdan da danışan natiq qeyd etmişdir ki, bu nailiyyətlər görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.

ŞƏRURDA YAZ ƏKİNLƏRİ MÜTƏŞƏKKİL KEÇİR

Şərur rayonunda 2011-ci ili payızında cari ilin məhsulu üçün 7422 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır. Bunun 7310 hektarı buğda, 112 hektarı isə arpadır.

Zəmilərə aqrotexniki qaydalar əsasında qulluq edildiyindən normal cücərti alınması cari ilin bol və keyfiyyətli taxılından soraq verir. Bu ilin yazında isə indiyədək 260 hektara arpa toxumu əkilmişdir. Rayonda bu günədək 5071 hektar sahədə yazlıq əkin keçirilmişdir. Bunun 680 hektarını kartof təşkil edir. Yeri gəlmişkən onu da qeyd edək ki, cari ildə bu sahə ilə məşğul olan 530 torpaq mülkiyyətçisi 520 min manat məbləğində kredit və keyfiyyətli toxum almışdır. Bu da əvvəlki illə müqayisədə əkin sahələrinin genişləndirilməsinə imkan vermişdir.

Şərur rayonu muxtar respublikada həm də tərəvəzçiliklə məşğul olan bölgə kimi tanınır. Cari ildə də tərəvəz məhsulları bolluğu yaradılması qayğısına qalınmış, hələlik 1260 hektar sahədə əkin keçirilmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Naxçıvanda müasir standartlara uyğun ünvan reystri formalaşdırılır
- Elmin və insanlığın zirvəsi
- Görkəmli alimin adını daşıyan təhsil ocağı
XS
SM
MD
LG