Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:59

Yeni Misir prezidenti "Fars" agentliyini məhkəməyə verir


Misirin yeni prezidenti seçilmiş Muhammad Morsinin idarəsi İranın “Fars” informasiya agentliyini məhkəməyə verəcək.

Agentliyin bu həftə yaydığı müsahibədə Morsi Misirlə İran arasında münasibətləri möhkəmləndirəcəyini deyir.

Amma Morsinin nümayəndəsi onun agentliyə belə bir müsahibə vermədiyini və mətnin qondarma olduğunu deyir.

İran “Müsəlman qardaşları” hərəkatının namizədi Morsinin prezident seçkisində qalib gəlməsini alqışlayıb.

Keçmiş prezident Hosni Mubarakın hakimiyyəti dövründə İsraillə imzalanmış sülh müqaviləsinə görə, İranla Misir arasındakı münasibətlər gərgin idi.
XS
SM
MD
LG