Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:15

Lavrov: "Bashar Assadın taleyini Suriya xalqının özü həll etməlidir"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriya prezidenti Bashar Assadın taleyini Suriya xalqının özü həll etməlidir.

O cümə axşamı Moskvada tunisli həmkarı Rafik Abdeesalamla görüşdən sonra bir daha qeyd edib ki, Rusiya Suriyaya xaricdən müdaxiləni dəstəkləməyəcək.

Lavrov deyib ki, beynəlxalq aləm Suriyada zorakılığı dayandırmaq üçün üzərinə cavabdehlik götürməlidir.

O həmçinin qeyd edib ki, İranı şənbə günü Suriya ilə bağlı Cenevrədə keçiriləcək beynəlxalq konfransdan kənarda qoymaq böyük səhv olardı.

Suriyadakı müxalifət qrupları bu arada bəyan ediblər ki, əgər Suriya ilə bağlı beynəlxalq sülh planında prezident Bashar Assadın istefası nəzərdə tutulmasa onu rədd edəcəklər.

Bu planda Suriyada yalnız milli birlik hökuməti yaradılması nəzərdə tutulur.

Cenevrə konfransında məhz sülh planının yerinə yetirilmjəsi yolları müzakirə olunacaq.
XS
SM
MD
LG