Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

Azərbaycan və Portuqaliya komissiya yaradacaq


Azərbaycan və Portuqaliya arasında humanitar sahədə əlaqələr genişləndiriləcək. Bu barədə iyunun 28-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Nazir portuqaliyalı həmkarı Paulo Portasla görüşündən sonra açıqlayıb ki, görüşdə iqtisadi məsələlər də müzakirə olunub:

«Qərara gəldik ki, iqtisadi məsələlərlə bağlı hüququ baza genişləndirilməli və gücləndirilməlidir. Azərbaycan və Portuqaliya arasında müştərək komissiya yaradılmalı, mədəniyyət və turizm sahələrində sazişlər imzalanmalı, humanitar sahədə əlaqələr genişləndirilməlidir. Bu, tarixi səfərdir və bununla bizim əlaqələrdə yeni bir mərhələ açılacaq».

Portuqaliyanın xarici işlər naziri Paulo Portas da vurğulayıb ki, Portuqaliya Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verir:

«Təbii ki, neft sahəsini burda istisna etmək olar, çünki bu sahədə ölkələr arasında rəqəmlər çox aşağıdır və mütləq artırılmalıdır. Mən Bakıya geniş nümayəndə heyəti ilə gəlmişəm. İstərdim ki, bizim ölkələrimiz infrastruktur, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq etsinlər. Azərbaycanlı iş adamlarının Portuqaliya iqtisadiyyatına maraq göstərmələri və hər iki ölkə arasında biznes-forumların keçirilməsi vacibdir. Biz ikitərəfli komissiya yaradacaq və bir sıra sahələrdə bərabər işləyəcəyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG