Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Nazir: «Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil»


«Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və biz bunun həllini tapacağıq». Bunu iyunun 27-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir iyunun 18-də Paris görüşü zamanı ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni yanaşma təklif etməsi ilə bağlı suala cavablayarkən deyib ki, həmin görüşdə yekun bəyanat imzalanıb.

«Həmsədrlər iyulda regiona səfər edəcəklər. Proses davam edəcək. Əlbəttə, biz çox istərdik elə bir mərhələyə çataq ki, elan edək ki, artıq razılaşma əldə olunub, artıq Ermənistan qoşunları işğal altında olan əraziləri tərk ediblər, köçkünlər geri qayıda bilərlər. Amma hələ ki, belə deyil. Ümumiyyətlə, mən optimist şəkildə fikirləşirəm. Artıq beynəlxalq ictimaiyyət də qəbul edir ki, status-kvo qəbuledilməzdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG