Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:11
Türkiyə Suriya ilə sərhəddə hərbi texnika yeridir. Suriya ilə sərhəddəki Hatay vilayətinə ağır artilleriya, zirehli texnika, raket batareyaları göndərilib.

Bu addım Suriyanın Türkiyəyə məxsus kəşfiyyat təyyarəsini vurmasından sonra atılır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, təyyarənin vurulması Türkiyənin təhlükəsizliyinə təhdiddir.

NATO təyyarənin vurulmasından sonra məsləhətləşmələr keçirib. Bu məsələdə Ankaranı müdafiə etdiyini, Dəməşqin hərəkətini pislədiyini bildirib.

İyunun 22-də Suriya Türkiyəyə məxsus RF-4E tipli «Phantom» kəşfiyyat təyyarəsini vurub. Türkiyə bildirib ki, təyyarə beynəlxalq ərazidə vurulub. Buna görə də beynəlxalq hüquqda olan bütün haqlarından istifadə edəcək.

Pilotların və təyyarənin qalıqlarının axtarışı davam etdirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG