Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:09

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yeridir


Türkiyə Suriya ilə sərhədə hərbi texnika yeridir. Suriya ilə sərhəddəki Hatay vilayətinə ağır artilleriya, zirehli texnika, raket batareyaları göndərilib.

Bu addım Suriyanın Türkiyəyə məxsus kəşfiyyat təyyarəsini vurmasından sonra atılır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, təyyarənin vurulması Türkiyənin təhlükəsizliyinə təhdiddir.

NATO təyyarənin vurulmasından sonra məsləhətləşmələr keçirmişdi. Bu məsələdə Ankaranı müdafiə etdiyini, Dəməşqin hərəkətini pislədiyini bildirmişdi.

İyunun 22-də Suriya Türkiyəyə məxsus RF-4E tipli “Phantom” kəşfiyyat təyyarəsini vurub. Türkiyə bildirib ki, təyyarə beynəlxalq ərazidə vurulub. Buna görə də beynəlxalq hüquqda olan bütün haqlarından istifadə edəcək.

Pilotların və təyyarənin qalıqlarının axtarışı davam etdirilir.
XS
SM
MD
LG