Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:37

Ramiz Mehdiyev: «Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir»


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«Hər iki ölkənin rəhbərləri dövlətlərimiz arasında tərəfdaşlığın daha da dərinləşməsində, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdırlar». APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda keçirilən «Rusiya-Azərbaycan dialoqu -2012» III Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışında deyib.

R. Mehdiyev bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin tamam olduğunu xatırladıb: «Müstəqilliyimiz bərpa olunduqdan sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsaslarını qoydu. Cənab Vladimir Putinin 2000-ci ildə Rusiya prezidenti seçilməsi Azərbaycan-Rusiya münasibətlərinə yeni nəfəs verdi. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa edə, stabil, dinc qonşuluq münasibətləri qura bildilər. Bu münasibətlər prezidentlərimizin səyləri nəticəsində dinamik şəkildə inkişaf etməkdə davam edir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir».

«AZƏRBAYCAN VƏ RUSİYA STRATEJİ TƏRƏFDAŞDIR»

Ramiz Mehdiyev dövlət başçıları səviyyəsində yüksək səviyyəli siyasi əlaqələrin olduğunu xatırladıb: «Bu gün Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Son illər ərzində birgə səylərimiz nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfi xeyrinə olan həll yolları tapa bilmişik. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Qeyd etmək istəyirəm ki, Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb. Bu, perspektivdə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasını təmin edə bilər».

AZƏRBAYCANDA 457 RUSİYA MÜƏSSİSƏSİ FƏALİYYƏT GÖSTƏRİR

Prezident Administrasiyasının rəhbəri hazırda ölkə ərazisində 457 Rusiya müəssisəsi və təşkilatının fəaliyyət göstərdiyini deyib: «Onlardan 219-u yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərir, 149-u birgə müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya «LUKoyl» neft şirkəti, «Baltika» pivəbişirmə şirkəti, «Nikoyl» investisiya-kommersiya bankı, «Bank BTB» açıq səhmdar cəmiyyəti və digər müəssisələr daxildir».

PA rəhbəri hazırda Azərbaycanda 120 mindən artıq rusun yaşadığını da deyib.

RAMİZ MEHDİYEV «BURANOVSKİYE BABUŞKİ»LƏRİ HAQDA

Prezident Administrasiyasının rəsmisi ötən ay Azərbaycanda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirildiyini xatırladıb: «Biz çox şadıq ki, Udmurtiyadan olan «Buranovskiye babuşki» folklor qrupu tamaşaçıların rəğbətini qazanaraq fəxri ikinci yeri tutdu, bu münasibətlə sizi ürəkdən təbrik edirik. Təsadüfi deyil ki, bu populyar müsabiqədə Rusiya və Azərbaycan ən yüksək balları bir-birinə verib və bununla qarşılıqlı sevgi və dəstəyi nümayiş etdiriblər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG