Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:16

Bakıda «Rusiya-Azərbaycan dialoqu-2012» forumu keçirilir


Bakıda «Rusiya-Azərbaycan dialoqu-2012» adlı III Rusiya-Azərbaycan regionlararası forumu başlayıb. Tədbir Azərbaycan və Rusiya prezident administrasiyalarının dəstəyi ilə «Avrasiya Tədqiqatları İnstitutu» İnkişaf Fondu tərəfindən təşkil edilib.

Forumun açılışında fondun prezidenti Valeri Tursunov, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Rusiya prezident aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov iştirak edib.

APA-nın məlumatına görə, R. Mehdiyev Azərbaycan prezidentinin iştirakçılara təbrik məktubun oxuyub. Məktubda deyilir ki, strateji tərəfdaşlığa əsaslanan münasibətlər inkişaf etməyə davam edir, xalqlar arasındakı tarixi bağlar möhkəmlənir: «Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsi qlobal beynəlxalq böhranın nəticələrinin aradan qaldırılmasına kömək edir».

V. Çernov isə Rusiya prezidenti Vladimir Putinin müraciətini oxuyub. Müraciətdə Rusiya-Azərbaycan regionlararası əməkdaşlığının tədrici inkişafından məmnunluq ifadə olunur.

Açılışdan sonra forum dəyirmi masalarla işini davam etdirib. «Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığının müasir vəziyyəti və inkişaf perspektivləri», «İki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsinə yönəlmiş birgə enerji layihələri», «Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığının inkişafı kontekstində bank sferası və investisiyalar», «Humanitar əlaqələrin əhəmiyyəti və potensialı», «Rusiya və Azərbaycanın Xəzər regionunda strateji işbirliyi», «Nəqliyyat sahəsində əməkdaşlıq», «Rusiya və Azərbaycan gəncliyi - əməkdaşlığın üfüqləri” mövzuları üzrə müzakirələr aparılır.

Tədbirdə iki ölkənin mərkəzi və regional hakimiyyət orqanlarının, kiçik, orta və iri biznesin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
XS
SM
MD
LG