Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:14

Nigeriyada 17 silahlı öldürülüb


Nigeriyanın şimalındakı Kano şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində azı 17 silahlı öldürülüb. Əməliyyat zamanı bir polis də ölüb.

Yerli ştatın polis rəisi İbrahim İdris bildirib ki, “Bako haram” ekstremist qruplaşmasın üzvləri silah anbarına, polis bölmələrinə, məktəb və digər obyektlərə silsilə hücumlar hazırlayıbmış. Təhlükəsizlik qüvvələri bu hücumların qarşısını ala bilib.

“Boko haram” qruplaşması Nigeriyanın şimalında şəriət qanunlarının tətbiq olunmasına çalışır. Qruplaşma üzvləri son bir ildə Nigeriyanın müxtəlif şəhərlərində silsilə terror aktları həyata keçiriblər. Həmin terror aktları nəticəsində onlarla adam ölüb.
XS
SM
MD
LG