Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

Siyasi məhbus yoxsa dəqiq təyini olmayan termin? [Video]


Siyasi məhbus yoxsa dəqiq təyini olmayan termin?
Gözlə

No media source currently available

0:00 0:54:15 0:00
Direct-ə keçid

Politoloq Ərəstun Oruclu, hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərov bu barədə fikirlərini bölüşürlər.

-
«Avropa Şurasının siyasi məhbus məsələsi ilə bağlı praktikası var və yenidən nəsə kəşf etməyə ehtiyac yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Anar Məmmədli «Siyasi məhbus, yoxsa dəqiq təyini olmayan termin?» mövzusunda danışarkən deyib:

«Avropa Şurasının praktikasında «siyasi məhbus» anlayışı ilə bağlı çoxsaylı qətnamələr var. Eyni zamanda, Azərbaycan Avropa Şurasına qəbul olunarkən «siyasi məhbus» anlayışını özündə ehtiva edən 750-dən çox siyasi məhbusun düşdüyü siyahı var idi».
Anar Məmmədli
Anar Məmmədli

A.Məmmədli deyir ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser də 89 nəfərlik siyahını mövcud praktikadan çıxış edərək hazırlayıb.

Politoloq Ərəstun Oruclu deyir ki, siyasi məhbus olub-olmamasını müəyyənləşdirərkən faktlarla yanaşı, ölkədə insan hüquqları və azadlıqlarının ümumi durumu da nəzərdən keçirilməlidir:

«Bu baxımdan, elə bir faktın özü kifayət eləyir. AŞPA Azərbaycana siyasi məhbuslarla iş üzrə məruzəçi təyin eləyir və Azərbaycan hakimiyyəti uzun bir müddətdə həmin şəxsə viza vermir».

Ə.Oruclu siyasi məhbus sayılan 9 nəfərin azadlığa buraxılmasını Azərbaycan ətrafında yaranmış yeni geosiyasi durumla izah edir:

Ərəstun Oruclu
Ərəstun Oruclu
«Hakimiyyət uzun müddətdir ki, balanslaşdırılmış siyasət adı altında prioritetsiz siyasət yürüdürdü. Bu oyun bitdi. H.Clinton’un bölgəyə səfəri geosiyasi səfər idi və bu səfər zamanı Azərbaycana deyildi ki, sənin yerin Qərbdədir. İndi Qərb Azərbaycandan əvvəlki ilə müqayisə olunmaz dərəcədə kifayət qədər sərt, açıq və birmənalı tələb edir ki, Azərbaycan təmsil olunmaq istədiyi və ya təmsil olunmalı olduğu düşərgənin qaydalarına riayət eləsin».

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə deyir ki, hakimiyyətin əfv sərəncamı böyük bir oyunun kiçik tərkib hissəsidir:

«Kimlərsə azad edilir, yeniləri həbs olunur. Hakimiyyət sanki bununla balanslaşdırılmış bir təzyiqi saxlamağa çalışır. Biz bunu heç bir halda nə alqışlaya, nə də irəliyə doğru bir addım hesab edə bilərik».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG