Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Şənbə günü Cenevrədə Suriyadakı vəziyyət müzakirə olunacaq


Şənbə günü Cenevrədə müxtəlif ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Bu barədə Suriya üzrə beynəlxalq elçi Kofi Annan məlumat verib.

Onun sözlərinə görə görüşdə əsasən Suriya ilə bağlı beynəlxalq sülh planının yerinə yetirilməsi yolları müzakirə olunacaq.

Məlumata görə, İran və Səudiyyə Ərəbistanı görüşə dəvət olunmayıb.

Çərşənbə günü BMT-nin insan hüquqları şurasının iclasında Suriyadakı vəziyyətlə bağlı hesabat müzakirə olunub.

Hesabatda bildirilir ki, suriya ordusu edamlar da daxil olmaqla insan haqlarını kütləvi şəkildə pozur, ölkədə dini zəmndə təqib olunan insanların sayı gün-gündən artır.

Çərşənbə günü səhər Dəməşqdə hökumətpərəst əı-İxbariyyə televizya kanalının ofisinə hücum edilib.

Suriyanın dövlət mediyası kanalın 3 əməkdaşının öldürüldüyünü xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG