Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Chavez Lukaşenkonu çox isti qarşılayıb


Venesuela prezidenti Hugo Chavez Belarus prezidenti Aleksandr Lukaşenkonu çox isti qarşılayıb.

O Karakasda çıxış edərkən bildirib ki, bu iki ölkəni təkcə əsil strateji alyans yox, həm də qardaşlıq hissi birləşdirir.

Hər iki lider çərşənbə axşamı görüşərkən ikitərəfli əlaqələri daha da inkişaf etdirmək fikrində olduqlarını bildiriblər.

Səfər çərçivəsində iki ölkə arasında 20-ə yaxın əməkdaşlıq razılşaması imzalanıb.

1999-cu ildən hakimiyyətdə olan Cavez xərçəng xəstəliyindən əziyyət çəkir.

O bu ilin oktyabrında növbəti prezident seçkisində mübarizə aparmaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG