Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:37

BMT Suriya ordusunu ittiham edib


Suriya ordusu edamlar da daxil olmaqla insan haqlarını kütləvi şəkildə pozur.

Belə bir hesabatla BMT-nin ekspertləri təşkilatın insan haqları üzrə şurasının Cenevrədə keçirilən iclasında çıxış ediblər.

Hesabatda qeyd olunur ki, ölkədə dini zəmndə təqib olunan insanların sayı gün-gündən artır.

BMT-nin əməkdaşları bildiriblər ki, bu ilin mayında Hoyla kəndində baş vermiş kütləvi qətlin kimlər tərəfindən törədildiyi hələ də bəlli deyil.

Amma onlar hesab edirlər ki, bu cür qətillərin əksəriyyətinin arxasında hökumətpərəst qüvvələr dura bilər.

Suriyanın BMT-ki nümayəndəsi iclasda iştirakdan imtina edib.

Çərşənbə günü səhər Dəməşqdə hökumətpərəst əı-İxbariyyə televizya kanalının ofisinə hücum edilib.

Suriyanın dövlət mediyası kanalın 3 əməkdaşının öldürüldüyünü xəbər verir.
XS
SM
MD
LG