Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

Azərbaycanlı gənclər Tver şəhərində keçiriləcək Beynəlxalq Festivala qatılacaq


Arxiv foto: Tver regionunda keçirilən "Seliger - 2001" düşərgəsi, 2011-ci il

Arxiv foto: Tver regionunda keçirilən "Seliger - 2001" düşərgəsi, 2011-ci il

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə 30 istedadlı gənc 23-30 avqust tarixlərində Rusiya Federasiyasının Tver şəhərində 12-17 yaşlılar arasında keçiriləcək Beynəlxalq Festivala qatılacaq.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin internet saytı yayıb.

«Kompüter və Mən» informasiya texnologiyaları Beynəlxalq düşərgəsində təşkil olunacaq Festival Tver Şəhər Duması, Tver Şəhər Administrasiyası, «Rus dünyası» Fondu və «Uşaq istirahətinə dəstək» Tver regional ictimai təşkilatı tərəfindən keçirilir.

Festivalın məqsədi Beynəlxalq aləmdə qardaşlaşmış şəhərlər arasında mədəniyyət və informasiya texnologiyaları sahəsində əməkdaşlığın və millətlərarası dostluq və həmrəyliyin artırılmasına yönəldilib.
XS
SM
MD
LG