Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

Bakıda futbol çempionatda 16 ölkə təmsilçisinin iştirakı təsdiqlənib


Sentyabrda Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanan ölkələr müəyyənləşib.

İyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka – Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar. Bununla da çempionatda Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa yığmalarının iştirakı təsdiqlənib.

Dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-ə qədər keçiriləcək.
XS
SM
MD
LG