Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:36

Xırdalanda yağışı arzulamayanlar


Arxiv foto
Arxiv foto
Xırdalan şəhər sakini Gülnar Qasımova AzadlıqRadiosunun «Qaynar xətt»inə yaşadığı ərazinin kanalizasiya xətlərindən, daha doğrusu bu xətlərə nəzarət edən qurumlardan şikayət edib. Deyir, kanalizasiya xətləri tez-tez tutulur. Uzun illərdir 26-cı məhəllənin sakinləri üfunətlə çarpışırlar.

Gülnar Qasımova: «Nə qədər müraciət etsək də, heç bir məmur şikayətimizə baxmır. Sadəcə xətlər tutulub, təmizləmək lazımdır, nə kanalizasiya idarəsində, nə də Abşeron Rayon İcra Hakimiyyətində bir adam tapa bilmirik ki, dərdimizi deyək. İcra hakimiyyətinə nə qədər zəng edirik, dəstəyi qaldırıb deyirlər hamı iclasdadır».

«HƏYƏTƏ, EVƏ DOLUR, SONRA ÖZ-ÖZÜNƏ ÇƏKİLİB GEDİR»

Gülnar Qasımova deyir, kanalizasiya problemi əsasən son illər ərazidə yeni binalara köçdən sonra başlanıb:

«O binalar bizdən yuxarıda yerləşir. Orda kanalizasiya əladır, ancaq bütün suları axıb bizim həyətimizə gəlir, evlərə dolur, sonra öz-özünə çəkilib gedir. Xəstəlikdir, üfunətdir. Payızda, qışda isə çəkilib getmək bilmir. Günlərlə həyət-bacaya çıxa bilmirik».

Abşeron Rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə yeni tikililərin artması ilə əlaqədar kanalizasiya xətləri son vaxtlar yüklənib. Xətlərdə tıxaclar yarananda ilkin tədbirlər görülsə də, bu, problemin qarşısını almır. Yeni xətlərin çəkilməsinə ehtiyac var və yaxın vaxtlarda bu işlərə başlanılacaq.
XS
SM
MD
LG