Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:40

107 sahibkar inzibati qaydada cərimələnib


Respublika Sanitariya Epidemiologiya Mərkəzi may ayında sanitariya normalarını pozan 107 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib. 58 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 25 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1029, mikrobioloji göstəricilərinə görə 788, toksikoloji göstəricilərinə görə 258, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən edilib.

Şadlıq evlərindən 2665 yaxma nümunəsi, 8 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrində 57 çirklənmə aşkar edilib.

May ayında əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib, 70 nəfər zərərçəkən olub.
XS
SM
MD
LG