Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:52

İraqda partlayışda 7 nəfər öldü


İyunun 27-də İraq paytaxtı Bağdad kənarında yol qırağına yerləşdirilmiş iki bomba partlaması ən azı 7 insanın ölümünə səbəb olub.

Polisin dediyinə görə, bombanın biri səhər saatlarında Bağdadın cənub tərəfində partlayıb. İnsanlar partlayış yerinə toplaşdığı vaxt isə sonra ikinci bomba açılıb.

Nəticədə 20-yə yaxın insan xəsarət alıb.

İraqda zorakılıq halları 2006-2007-ci illərdəki qızğın dövrlə müqayisədə xeyli azalıb, bununla belə, cinayətlər müntəzəm şəkildə baş verir. Ötən həftə ərzində 180 nəfərin hücumlar nəticəsində öldürüldüyü bildirilir.

Məlumata görə, son hücumlar müsəlman icmasının şiə kəsimini hədəfə çevirib.
XS
SM
MD
LG