Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

Pakistandan Əfqanıstana gedən NATO yolları müzakirə olunacaq


Əfqanıstanda NATO qoşunlarının komandiri John Allen iyunun 27-də Pakistana səfər edəcək. Görüşdə məqsəd Pakistandan Əfqanıstana NATO təchizatı marşrutlarının açılması və digər məsələlərdir üzrə danışıqlar aparmaqdır. Məlumata görə, Allenin Pakistan ordusunun baş generalı Aşfaq Kayani ilə görüşü gözlənilir.

Marşurt məsələsi ilə yanaşı, Allen Əfqanıstan ərazisində fəaliyyət göstərdiyi bildirilən və bir neçə terror aktı törədən “Haqqani” qrupu ilə bağlı narahatlıqlarını qaldıracaq.

Ötən həftə Kabildə 20 nəfərin ölümüylə nəticələnən otel partladılmasında “Haqqani” şəbəkəsi günahkar bilinir.

NATO-nun Pakistandan Əfqanıstana gedən təchizat yolları 2011-ci ilin noyabrından bağlanıb. Həmin vaxt NATO hava qüvvələri 20 Pakistan əsgərini öldürüb. Vaşinqton Pakistanın üzrxahlıq tələbini rədd etmişdi.
XS
SM
MD
LG