Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02

İsaxan Aşurov iyunun 28-də dəfn olunacaq


Uzun sürən xəstəlikdən sonra ABŞ-da vəfat edən hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurovun dəfn mərasimi iyunun 28-də saat 16-da keçiriləcək. Bunu «Media forum» saytına vəkil Elton Quliyev deyib.

Elton Quliyevin sözlərinə görə, İsaxan Aşurovun cənazəsi artıq ABŞ-dan yol salınıb və iyunun 27-də Gürcüstana çatdırılacaq: «İsaxan Aşurov Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində torpağa tapşırılacaq. Yas mərasimi də bu kənddə olacaq. Dəfndə iştirak etmək üçün artıq Bakıdan Gürcüstana yola düşənlər var».

Elton Quliyev qeyd edib ki, Bakıda cümə axşamı mərasiminin keçirilməsi də nəzərdə tutulub.

İsaxan Aşurov 2011-ci ildən ağır xəstəlikdən əziyyət çəkirdi. O, 2012-ci il iyunun 22-də ABŞ-da, müalicə aldığı xəstəxanada vəfat edib.

1955-ci ildə Faxralı kəndində anadan olan İsaxan Aşurov BDU-nun hüquq fakültəsini bitirib. Sovet dövründə və Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili işlər orqanlarında məsul vəzifələrdə işləyib. İsaxan Aşurov 1996-cı ildən vəkil kimi çalışırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG