Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

«JEK» işçisi rüşvət ittihamı ilə tutulub


Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Səməd Quliyev rüşvət ittihamı ilə saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Səməd Quliyev ona müraciət edən Bakı sakinindən evinin özəlləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə təqdim edilməsi üçün tələb olunan yaşayış evinin plan ölçüsü və 2 saylı formanın verilməsindən ötrü 1000 manat pul tələb edib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Quliyev iyunun 21-də xidməti otağında 500 manat pulu rüşvət kimi alarkən yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Səməd Quliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG