Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:54

Suriyada televiziyaya hücum olub


Arxiv foto: Suriya
Arxiv foto: Suriya
Suriyanın dövlət informasiya agentliyi bildirir ki, silahlı şəxslər hökümətyönlü televiziyaya hücum edib, televiziyanın 3 əməkdaşını öldürüblər.

SANA-nın yaydığı məlumata görə, Dəməşqdən 20 kilometr cənubda yerləşən Drouşa şəhərindəki İxbariya televiziyasına hücum iyunun 27-də səhər saatlarında baş verib.

Stansiyanın işçisi deyib ki, silahlılar televiziyanın iki binasına hücum edib, mühafizəçilərdən bir neçəsini tutublar, sonra isə stansiyanın bəzi hissələrini partladıblar.

İxbariya TV özəl qurum olaraq qeydiyyatdan keçsə də prezident Bəşər Əsəd rejiminin ciddi tərəfdarıdır.

Bundan əvvəl Əsəd açıqlama verib ki, onun ölkəsi «müharibə vəziyyətindədir». Yeni kabinetə səslənən Əsəd bildirib ki, bütün cəhdlər müharibədən qalib çıxmağa yönəldilməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG