Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:14

Prezidentin yeni nəvəsi dünyaya gəlib


Prezident İlham Əliyevin daha bir nəvəsi dünyaya gəlib. Lent.az-ın məlumatına görə, ölkə başçısının ötən il iş adamı Səməd Qurbanovla ailə quran kiçik qızı Arzu Əliyevanın oğlan övladı dünyaya göz açıb.

Türkiyə prezidenti Abdulla Gül də bu münasibətlə dünən prezident İlham Əliyevi təbrik edib. Bu barədə Türkiyə Cümhurbaşqanlığının rəsmi saytındakı məlumatda bildirilib.

Bu, dövlət başçısının üçüncü nəvəsidir. Prezidentin böyük qızı Leyla Əliyeva 2006-cı ilin aprelində tanınmış iş adamı Emin Ağalarovla ailə qurub, 2008-ci il dekabrın 1-də onların əkiz oğlanları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.
XS
SM
MD
LG